Şair,yazıçı Naibə Yusiflə görüş

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şair,yazıçı Naibə Yusif və Qazi Diləfruz xanımla görüş keçirildi.Naibə Yusif saf duyğuları ilə Vətən məhəbbətini, insanlara mərhəmət hissini, dünyanın dərdlərini , vüsalı və həsrəti, təbiətə vurğunluğu özünəməxsus ovqatla, bənzərsizlik nümunəsi ilə qələmə alan şairlərdən biridir.Sirlərlə dolu bu dünyada Naibə xanım hisslərini mənəvi zənginliyi ilə birgə, oxucularına çatdırmağı bacaran şairdir. "Gəzən şəhid"romanı I Qarabağ savaşının iştirakçısı “Qarabağın Diləfruz anası” adını almış Qazi Diləfruzun xatirələri əsasında qələmə alınıb.Hərbi vətənpərvərlik ruhunda qələmə alınmış bu roman şagirdlər tərəfindən səhnələşdirilərək təqdim olundu.Yazıçı Naibə Yusif və "Gəzən şəhid"romanının qəhrəmanı qazi Diləfruz ana ilə canlı görüş,vətənpərvərlik ruhunda maraqlı söhbətlər şagirdlərdə böyük ruh yüksəkliyi yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi