"Dünya türkün olacaq"

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dünya türkün olacaq"adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda verən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Aidə Məmmədova Türk dünyası haqqında geniş məlumat verdi,Turan ellərinin qədim və şərəfli tarixi,adət- ənənələrindən danışdı.Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban,dinc yanaşı yaşadığını diqqətə çatdırdı.Tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq şagirdlərin ifasında Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mahnıları dinlənildi.Turan ellərinin yaranması, tarixi, mədəniyyətindən bəhs edən suallar əsasında viktorina təşkil edildi,videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi