Məktəbin şəhid məzunu Mahmud Cavadovun anım günü qeyd olundu

44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan məktəbin şəhid məzunu Mahmud Cavadovun anım günü qeyd olunub.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,şəhidin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.Sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya təqdim olunub.Qəhrəman şəhidimizin müəllimləri,sinif yoldaşları onun keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyi ilə gənclərə örnək olduğunu bildiriblər.Məktəbin direktoru Zülfiyyə Rəsulova çıxış edərək şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi