"8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir keçirildi

"8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Yasamal rayon icra hakimiyyətinin nümayəndəsi Emin müəllim,şəhid ailələri, birinci və ikinci Qarabağ müharibəsinin qazı və veteranları qonaq qismində iştirak etdilər.İstedadlı şagirdlərimiz Şanlı Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər, rəqslər nümayiş etdirdilər.

Tədbirin sonunda məktəbin direktoru qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi, bu zəfəri bizə yaşadan şəhidlərimizi hörmətlə anıb, qazilərimizə sağlam və firəvan həyat arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi