XI sinif şagirdlərimiz Gənclər arasında keçirilən "Streetball turniri" nin qaliblərindən olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elgiz Əlizadənin layihə rəhbəri olduğu "Gənclər arasında Streetball turniri" sona çatıb. Tədbirin ilk günündə Streetball oynamaq qaydalarına dair təlim keçirilib və iştirakçılara sərbəst şəkildə topla və rəqiblə məşq etməyə imkan yaradılıb.Növbəti gün isə Layihənin açılış mərasimində layihə rəhbəri Elgiz Əlizadə çıxış edərək Prezident yanında Gənclər Fondunun bu cür layihələrə göstərdiyi dəstəkdən və ölkə rəhbərliyinin idmana göstərdiyi qayğıdan, yaradılan şəraitdən və sonda qısaca olaraq layihənin məqsədindən söz açıb.Layihənin əsas məqsədi cəmiyyətin aktiv təbəqəsi olan gənclərimizin sağlam həyat sürməsi, asudə vaxtlarını daha səmərəli keçirmək və gənclər arasında bu cür idman oyunlarını təbliğ edərək onların həyat tərzinə çevirməkdir. Komanda şəkilində oynanılan bu oyunlar gənclərə sağlam rəqabət prinsipini aşılayaraq, dövlətimizin əsas hədəflərindən olan sağlam gələcək yetişdirmək amalına öz töhfəsini verəcəkdir.Daha sonra komandalar arasında oyunlara start verilib . Turnirin ilk günündə Bakı və Sumqayitdan 8 komanda mübarizəyə qoşulub.Yarışın final mərhələsində" Sumqayıt" komandası "Qarabağ " komandasına 28 : 20 hesabıyla qalib gələrək turnirin qalibi olub. Yasamal rayonu 31 nömrəli tam orta məktəbin komandası olan "Miami və "Qafqaz" komandaları isə 3-4 cü yerləri bölüşdürdülər.Yasamal rayonu. A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Əliyev Əli və Dostuzadə Nizam bu yarışda iştirak etmiş və III yerə layiq görülmüşlər. Şagirdlərimizi təbrik edir və gələcək uğurlar arzulayırıq
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi