Bilik günü qeyd olundu

15 sentyabr 2023-2024-cü tədris ilinin ilk günündə məktəbin qarşısında Bilik Günü ilə əlaqədar təntənəli bayram tədbiri keçirildi.
Əvvəl tədbirin dövlətimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra dövlət himni səsləndi.
Məktəbin direktoru çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllim kollektivini təbrik etdi. "Heydər Əliyev ili" çərçivəsində görülmüş işlər, keçən tədris ilində şagirdlərimizin beynəlxalq yarışlarda qazandığı nailiyyətlər, məzunlarımızın DİM-nin keçirdiyi buraxılış və qəbul imtahanlarında uğurları haqqında geniş məlumat verdi.
Tədbirin bədii hissəsində istedadlı şagirdlərin çıxışları nümayiş olundu. Məktəbə ilk qədəm qoyan birincilərin təqdimatları tədbiri daha da rəngarəng etdi.