Sertifikatlaşdırma prosesində uğur qazanan müəllimlər

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri 24.06.2023-cü il tarixində keçirilən Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək nəticə göstərərək uğur qazanmışlar.Bu məqsədlə məktəbin direktoru Zülfiyyə Rəsulova müəllimləri göstərdikləri yüksək nəticəyə görə təbrik etdi,uğurlarının davamını arzuladı.

Şərəfli peşələrinə ləyaqətlə sadiq olan müəllimlərimiz bundan sonrakı fəaliyyətlərində də qüdrətli Azərbaycanın parlaq gələcəyi naminə daha da əzmlə çalışacaqlarını, milli - mənəvi dəyərlərimizə sadiq ruhda gənclik yetişdirəcəklərini qarşılarına hədəf qoyduqlarını, bu müqəddəs amalda bütün yeniliklərə, innovasiyalara açıq olduqlarını vurğuladılar.

Biz də bu çətin və şərəfli peşədə müəllimlərimizə tükənməz səbr, pedaqoji fəaliyyətlərində sonsuz müvəffəqiyyət arzu edirik.

1.Aygün Nəcəfova-54 bal

2.Tamella Məmmədova-54 bal

3.Tünzalə Mehdiyeva-54 bal

4.Xatirə Ələkbərova-52 bal

5.Arzu Əhmədova -50 bal

6.Nərgiz Quliyeva-39 bal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi