"Milli-mənəvi dəyərlərimiz ədəbiyyatda"adlı tədbir

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tamilla Məmmədova "Milli-mənəvi dəyərlərimiz ədəbiyyatda"adlı tədbir təşkil etdi.Qeyd olundu ki,Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun adət-ənənələri, milli-mənəvi dəyərləridir. Bu gün şagirdlərimizin simasında bu dəyərlərə daha möhkəm bağlarla sadiq qaldığımızın şahidi olduq.Şagirdlər ədəbiyyatımızda silinməz iz buraxan ədəbi qəhrəmanları canlandıraraq bir daha ədəbiyyatımıza,mədəniyyətimizə, dəyərlərimizə vəfa borclarını isbat etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi