"Tarixə düşən görüş"adlı tədbir keçirildi

Kimya müəllimi Gülnarə Qasımovanın təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş "Tarixə düşən görüş"adlı tədbir keçirildi.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin,Beynəlxalq Muğam Mərkəzinin,Y.Məmmədəliyev adına Neft Prosesləri İnstitutunun əməkdaşları,digər ümumtəhsil məktəblərinin kimya müəllimləri,valideyn,şagird kollektivi iştirak etdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın milyonçuları,zəngin sərvətləri və Bakı nefti haqqında videoroliklər nümayiş edilərək neft tarixinə səyahət edildi. "Elementlərin söhbəti haqqında" kompazisiya təqdim olundu.Şagirdlərimizin ifasında milyonçu H.Z.Tağıyevin və D.İ.Mendeleyevin tarixi görüşü canlandırılaraq iştirakçıların marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi