"İşıqlı ömrün salnaməsi"adlı tədbir keçirilib

Kimya müəllimi Gülnarə Qasımovanın təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan "İşıqlı ömrün salnaməsi"adlı tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev, akademik Zərifə Əliyeva və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra isə Zərifə xanım Əliyeva haqqında videorolik nümayiş olundu.

Tədbir iştirakçıları akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, onun elmi fəaliyyəti və tədqiqatlarından danışdılar.Qeyd olundu ki, Zərifə xanım Əliyeva bütün ömrünü Azərbaycan elminin inkişafına, yüksək milli fundamental dəyərlərin formalaşmasına sərf edib. Dünya oftalmologiya elminin nəhəngləri Zərifə xanım Əliyevanı bu sahədə əvəzolunmaz alim kimi dəyərləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi