“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına dair konfrans keçirildi.

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına dair elmi-praktik konfrans keçirildi.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Konfransda giriş sözü ilə çıxış edən Təravət Muradova Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş bu konfransın şagirdlərin şəxsiyyət kimi yetişməsi və vətənpərvərlik ruhunda böyüməsindən danışdı.
Ümumtəhsil məktəb şagirdləri arasında keçirilən bu layihənin əhəmiyyətindən danışan Elmin İmanov bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün şagirdlərin onun yaradıcılığını daha da dərindən mənimsəməsi, gələcək nəsillərə ötürməsi öndə duran vəzifələrin ən başlıcasıdır.
Konfransın yekununda məktəbimizin şagirdi Ceyla Oruclu şəhər turuna vəsiqə qazanaraq, aparıcı qismində seçildi.Sonda iştirakçılara Yasamal rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olundu, xatirə şəkli çəkildi.