31 Mart-Azərbaycanlıların soyqıırmı gününə həsr olunmuş xüsusi dərs

31 Mart-Azərbaycanlıların soyqıırmı gününə həsr olunmuş xüsusi dərs təşkil edildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

31 Mart-Azərbaycanlıların soyqıırmı gününə həsr olunmuş videoçarx nümayiş edildi.Məktəbin tarix müəllimi,tarix üzrə elmlər namizədi Aidə Məmmədova 31 Mart-Azərbaycanlıların soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayaq 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Naxçıvan, Quba, Lənkəran, Salyan, Şamaxı, Qarabağ, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyun partiyasının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 30 mindən çox soydaşımızın qətlə yetirildiyini, 10 minlərlə insanın öz torpaqlarından qovulduğunu,milli memarlıq abidələrinin, məktəblərin,xəstəxanaların, məscidlərin və digər tikililərin dağıdıldığını qeyd etdi.Bildirdi ki, bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi