“Zəfər müjdəli Novruz”

Martın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin və 31 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə A. Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə Novruz bayramı və torpaq çərşənbəsi münasibəti ilə şəhid ailələri və qazilərlə “Zəfər müjdəli Novruz” adlı bayram tədbiri keçirildi. İlk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Çıxış edənlər Novruz bayramı, milli adət-ənənələrimizdən bəhs etdi. Şəhid anaları, qaziləri dərin hörmət və ehtiramla salamladılar.Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblı, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblının üzv və solistləri, "Ələsgər Ələkbərov adına xalq teatrının rejissoru Pərvin Ərzənalıyeva və 31 nömrəli tam orta məktəbin şagirdləri rəngarəng bayram proqramı ilə çıxış etdi. Tədbir xoş bahar ovqatı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi