"Heydər dühası"adlı tədbir keçirildi

Məktəbin rus dili müəllimi Südabə Əkbərova Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar "Heydər dühası"adlı tədbir təşkil etdi.Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Müxtəlif xalqların rəqsləri,mahnılar, şeirlər,səsləndirdilər. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.Tədbirdə çıxış edənlər keçmişimizi dərindən öyrənmək və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmaq üçün təşkil edilən belə tədbirlərin əhəmiyyətindən danışdılar.