"Sizin övladınız bizim övladımızdır"layihəsində ilk görüş

Valideyn-məktəb münasibətlərinin daha möhkəmləndirilməsi və səmərəli təşkil olunması baxımından "Sizin övladınız bizim övladımızdır"start verilmiş məktəb layihəsinin ilk görüşü məktəbin hərbi rəhbəri ,peşəkar hərbi mütəxəssis Samir Daşdəmirov tərəfindən valideynlər üçün təşkil edildi.Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığının vacibliyi vurğulandı.Vətənpərvərlik tərbiyəsində valideyn məsuliyyətini artırmağın səmərəli yollarından söhbət açıldı.Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin,Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsi barədə geniş məlumat verildi.Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi