Məktəbimizdə 31 Dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə tədbir keçirildi

30.12.2016-cı il tarixində məktəbimizdə 31 Dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə tədbir keçirildi.Tədbir məktəbin tarix müəllimi Aidə Məmmədovanın təşkilatçılığı ilə hazırlanmışdı.Tədbirdə müəllim və şagird kollektivi iştirak edirdi.Aidə müəllim və şagirdlər "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nün yaranması tarixi və dünyada yaşayan azərbaycanlılar baradə maraqlı məlumatlar səsləndirdilər. Tədbirdə şagirdlərin ifasında səslənən mahnı və şeir nümunələri, müxtəlif rəqs nömrələri tədbiri daha da maraqlı etdi. Həmrəylik Günü xalqımızın birliyinin simvolik günüdür. Müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün ana vətəndir.Dünyanın hər yerində yaşayan həmvətənlərimiz azərbaycançılıq məfkurəsi ətrafında milli birlik və həmrəylik nümayiş etdirir.Bütün qüvvə və bacarıqlarını ümumilli məqsədlər naminə səfərbər edirlər.Tədbirin sonunda məktəbin direktoru Kərim Abidi çıxış edərək şagirdləri və müəllim kollektivini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi, 2017-ci ildə onlara işlərində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi