"Şəhid şəhər, şahid şəhər" adlı anım tədbiri keçirildi.

24 fevral 31 nömrəli tam orta məktəbin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə A. Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Şəhid şəhər, şahid şəhər" adlı anım tədbiri keçirildi. Əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına xalq teatrının üzvlərinin və 31 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, kompozisiya nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi