"Heydər Əliyev - Təhsil və Mədəniyyət" adlı tədbir keçirildi

Fevralın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə A. Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev - Təhsil və Mədəniyyət" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman oğullarımızın və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova tədbiri açıq elan edərək tədbir iştirakçılarını salamladı. Daha sonra 31 nömrəli tam orta məktəbin direktoru Zülfiyyə Rəsulova çıxış edərək ulu öndər Heydər Əliyevin təhsil və mədəniyyət sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. Tədbirdə ümummilli lider Heydər Əliyevin təhsil və mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən film nümayiş etdirildi.