“Xalqımızın qan yaddaşı – 20 Yanvar” adlı tədbir keçirildi

19 yanvar 2023-cü il tarixdə “Xalqımızın qan yaddaşı – 20 Yanvar” adlı tədbir keçirildi.Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Vurğulandı ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan məktəbin direktoru Zülfiyyə Rəsulova bildirib ki, xalqımız həmin tarixi həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb.Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi