"Zərərli vərdişlər və mübarizə yolları"mövzusunda dəyirmi masa keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30 sentyabr 2022-ci il tarixli 305 nömrəli əmrinə əsasən biologiya müəllimi Tahirə Əliyeva yuxarı sinif şagirdləri üçün "Zərərli vərdişlər və mübarizə yolları"mövzusunda dəyirmi masa təşkil etdi.Əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.Sonda şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi