"7-dən 17-yə vətənpərvər!”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 sentyabr 2022-ci il tarixli F-300 nömrəli "7-dən 17-yə vətənpərvər!” layihəsi ilə əlaqədar olaraq məktəbin hərbi rəhbəri Samir Daşdəmirov və fiziki tərbiyə müəllimi Vüsalə Kərimova Müdafiə Nazirliyinin Hərb Tarixi"muzeyinə və "Murov" voleybol klubuna ekskursiya təşkil etdilər.Məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir.