"Peşəkarlıq yolunda"layihəsi ilə əlaqədar maarifləndirici söhbət

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 oktyabr 2022-ci il tarixli F-360 nömrəli ilə təsdiq edilmiş "Peşəkarlıq yolunda"layihəsi ilə əlaqədar olaraq yuxarı sinif şagirdləri düzgün ixtisas və peşə seçimi,uğurlu karyera barədə məlumatlandırıldılar.İş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələlərinə aydınlıq gətirilib. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında müzakirə olunub.Daha sonra şagirdlər arasında peşə seçimi ilə bağlı test tapşırıqları keçirildi. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin gələcəkdə peşə seçimləri ilə bağlı fikirləri müəyyənləşdirildi.