Ürəklərdə yaşayan lider

Bu gün məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, siyasi fəaliyyəti haqqında ətraflı məlumat verildi. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu. Məktəbin direktoru Zülfiyyə Rəsulova və hərbi rəhbər Samir Daşdəmirov çıxışında müdrik siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan, zəngin siyasi irsindən bəhs etdilər. Tədbirin sonunda şagirdlərin ifasında ümummilli liderə həsr olunmuş şeirlər səsləndirdilər.