Məktəbin kollektivi tərəfindən Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü il dönümü ilə əlaqədar anım tədbir keçirildi
Dekabrın 9-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü il dönümü ilə əlaqədar anım tədbiri keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov, 31 nömrəli tam orta məktəbin tarix müəllimi, tarix elimləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova, 31, 13 nömrəli, Zərifə Əliyeva adına tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.Məktəblilər Mərkəzin “ Muzey” bölməsində ümummilli liderin əziz xatirəsini yad etdilər. Bələdçilər tərəfindən onlara dünya miqyaslı siyasətçi, tarixi şəxsiyyət-Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan ətraflı məlumat verildi.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə 31 nömrəli tam orta məktəbin tarix müəllimi tarix üzrə fəlsəfə doktoru Aidə Məmmədova açaraq dekabrın 12-nin xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü olduğunu və ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğuladı.Şagirdlər öz çıxışlarında Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə daim Azərbaycanın tərəqqisi üçün çalışdığını, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını bildirdilər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.Yasamal rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov öz çıxışında Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olduğunu, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları sayəsində ölkənin hərtərəfli inkişafına nail olunduğunu qeyd etdi.Sonda 31 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş bədii kompozisiya səsləndirildi.