Vətən Müharibəsinin şəhidi Mahmud Cavadovun əziz xatirəsi yad edildi

2-ci Fəxri Xiyabanda məktəbimizin məzunu Vətən Müharibəsinin şəhidi Mahmud Cavadovun əziz xatirəsi şəhadətinin ikinci ildönümündə yad edilib. Şəhidin məzarı ziyarət edilib, dövlət himni səsləndirilib, gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov,31 nömrəli tam orta məktəbin direktoru və müəllim kollektivi,şəhidin yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Cavadov Mahmud Heydər oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və ”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi