Uşaqların icbari dispanserizasiyası ilə bağlı maarifləndirmə işi aparılır

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”na əsasən şagirdlər arasında geniş maarifləndirmə işləri aparılır.Əsas məqsəd uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun azaldılmasından ibarətdir.