“Əhməd Cavad – 130” mövzusunda mühazirə dinlənildi

Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 20 aprel tarixli Sərəncamına uyğun olaraq “Əhməd Cavad – 130” mövzusunda mühazirə dinlənildi.Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zənginliyi vurğulandı,azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıldı.