Bakı Zooloji Parkında "Azərbaycanın bitki və heyvanlar aləmi" mövzusunda xüsusi dərs

Payız tətili günlərində coğrafiya müəllimləri Yeganə Qafarova və Ülviyyə İbadova 8-ci sinif şagirdləri ilə birlikdə Bakı Zooloji Parkına ekskursiya təşkil etdilər. "Azərbaycanın bitki və heyvanlar aləmi" mövzusunda xüsusi dərs təqdim edərək,Azərbaycan Respublikasında heyvanları qorumaq, eləcə də artmasını təmin etmək üçün qoruqlar, yasaqlıqlar və milli parkların yaradıldığını,ov qaydalarının nizama salındığını şagirdlərin nəzərinə çatdırdılar.