Qobustan tarixi muzeyinə ekskursiya

17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar olaraq 5a sinif şagirdləri Mehriban Qəhrəmanovanın təşkilatçılığı ilə Qobustan tarixi muzeyində ekskursiyada oldular.Ekskursiyada tarix müəllimləri Aidə Məmmədova və Nigar Əhmədova da iştirak etdi.Qobustanın - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edilən qoruq olduğu şagirdlərin nəzərinə çatdırıldı.Qoruqda şagirdlər əsasən Mezolit (orta daş dövrü) abidələri ilə tanış oldular.Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr haqqında məlumatlar əldə etdilər.Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri,ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi