Yaşıl layihə-şagirdlərin təqdimatları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 N-li əmri ilə təsdiq edilmiş Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması və ekologiyanın qorunması məqsədilə təqdimatlar hazırlandı. Biologiya müəllimi Kəmalə Hüseynovanın təşkilatçılığı ilə şagirdlər təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası haqqında müzakirə apardılar.