IX sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi

Məktəbin akt zalında IX sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi.Çıxış edən məktəbin direktoru ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın modeli və məzmunu,düzgün peşə seçiminin insan həyatındakı rolu və IX sinif şagirdləri ilə aparılacaq işlər barədə məlumatlar verdi.Nəticəsi zəif olan şagirdlərin valideynləri ilə xüsusi söhbətlər aparıldı.Valideynləri maraqlandıran suallar cavablandırıldı.