“Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda dəyirmi masa

Noyabrın 11-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr- Konstitusiya gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda dəyirmi masa təşkil olundu.Dəyirmi masada məktəbimizin müəllim və şagird kollektivi iştirak etdilər.Məktəblilər Mərkəzin muzey bölməsi ilə tanış oldular, onlara ümumilli lider Heydər Əliyevin şərəfli həyat yolu, siyasi fəaliyyətindən bəhs edən eksponatlar haqqında geniş məlumat verildi.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxış edərək, müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və dövlətin əsası olan ilk konstitusiyanın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu qeyd etdi.Sonra Yasamal rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Mayrux Cavadova geniş məruzə ilə çıxış edərək konstitusiyamızın yaranması haqqında məlumat verdi, konstitusiyanın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olduğunu diqqətə çatdırdı.Sonda 12 noyabr- Konstitusiya gününə həsr olunmuş film nümayiş olundu.