"Qoy eşitsin bütün dünya,Qarabağ Azərbaycandır" adlı Konfrans-Tədbir keçirildi

04 Noyabr 2022-ci il Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Qoy eşitsin bütün dünya,Qarabağ Azərbaycandır" adlı Konfrans-Tədbir keçirildi.Tədbirdə Zəfər tarixi kitabının həmmüəllifi Ramil Tanrıverdiyev, polkovnik Rəfail Xəlilov,məktəbin məzunu, əməkdar artist Məsmə Aslan qızı,şəhid anaları,Vətən müharibəsinin qaziləri, müəllimlər,şagirdlər və valideynlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbirdə çıxış edən məktəbin direktoru Zülfiyyə Rəsulova və digər qonaqlar sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tarixindən, əhəmiyyətin- dən və mahiyyətindən danışdılar.Sagirdlərin ifasında vətənpərvərlik ruhunda olan şeirlər,rəqslər, mahnılar və qələbəmizə həsr olunan videoçarxlar nümayiş olundu.Sonda məktəbin bir neçə müəllimi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə və 8 Noyabr-Zəfər günü münasibətilə Fəxri Fərmanla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi