"Zəfər yazan qəhrəmanlar" mövzusunda Zəfər dərsi

Məktəbin ibtidai sinif müəllimi Sevinc Axundova 4a sinfində "Zəfər yazan qəhrəmanlar" mövzusunda Zəfər dərsi təşkil etdi.Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndi,"Xarı bülbül" haqqında səhnəcik nümayiş etdirildi.Şagirdlər bayrağın önündə vətəni həmişə sevəcəklərini, daim uca tutacaqlarını deyərək and içdilər.