“ 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir

18 oktyabr 2022-ci il tarixdə “ 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan tarix müəllimi Nigar Əhmədova “Müstəqilliyin Bərpası günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açdı.Müstəqillik haqqında videorolik nümayiş olundu.Şagirdlər “ 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş şeirlər səsləndirdilər.Sonda məktəbin direktoru Zülfiyyə Rəsulova ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən bəhs edərək,iştirakçılara uğurlar arzuladı.