Bakı Ekspo Mərkəzinə ekskursiya

Məktəbin 7b sinif şagirdləri Xatirə Ələkbərovanın təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil edilən 8-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkada iştirak etdilər.Müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq Zahid Xəlillə görüşərək,zəngin kitab sərgisi ilə tanış olublar.