Yay məktəbi-Əylənirik,öyrənirik!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-331 nömrəli əmrinə əsasən “Yay məktəbi “ layihəsi çərçivəsində təşkil edilən dərslərdə şagirdlər maraqla iştirak edir.Yay məktəbində 5-ci sinif şagirdlərinə gələn tədris ilindən STEAM dərslərinin keçiriləcəyini nəzərə alaraq tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi haqqında məlumat verilir,müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətləri öyrənilməklə yanaşı 3D aparatı ilə tanışlıq edilir.Yay məktəbində şagirdlərin dil bacarıqlarını təkmilləşdirilməsi və tədricən listening-understand (eşidib-anlama) tapşırıqları üzərində daha müvəffəq şəkildə çalışması üçün linqafon kabinetində ingilis dili tədris olunur.