"Ümid yeri" uşaq sığınacaq mərkəzinə humanitar aksiya

Məktəb rəhbərliyi və Psixoloji-Pedaqoji Tibbi Komissiyanın rəhbəri Elşad müəllimin dəstəyi ilə Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacaq mərkəzində olduq.Xeyriyyə satış yarmarkasında əldə olunan vəsait hesabına uşaq evinə yardım apardıq. "Ümid yeri" uşaq sığınacaq mərkəzi 1997-ci ildə təsis olunub. Sığınacağın sakinlərinə qaldıqları müddətdə hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, onların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.
Bu gün valideyn himayəsindən məhrum olmuş körpələri sevindirmək, onların könlünü almaq kimi son dərəcə mühüm və müqəddəs missiyanın öhdəsindən uğurla gəldik.