“İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məqalə

İrəvan Müəllimlər Seminariyası çar Rusiyasının bölgədəki maraqlarına uyğun olaraq 1881-ci ilin noyabr ayında yaradılmışdır.40 ilə yaxın müddətddə fəaliyyət göstərən  bu təhsil ocağı, hazırladığı müasir dünyagörüşə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni  və pedaqoji mühitin formalaşmasında böyük xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il  tarixli sərəncamına uyğun olaraq təhsil müəssələrində İrəvan Müəllimlər Seminariyasının 140  illiyi qeyd olunur.Bununla bağlı məktəbimizdə bir sıra tədbirlər həyata keçirilir.Tədbirlərin  məntiqi davamı  olaraq məktəbin direktoru Rəsulova Zülfiyyə Əli qızının “Bütöv Azərbaycan qəzetində “İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məqaləsi dərc edilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi