"Uşaqların davranış və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar" mövzusunda seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli F-145 nömrəli əmrinə əsasən "Ailəm və məktəbim"layihəsi çərçivəsində "Uşaqların davranış və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar" mövzusunda seminar təşkil edildi.Seminarda ailədə, məktəbdə davranış və ünsiyyət mədəniyyəti,fikirlərin açıq şəkildə ifadəsi haqqında tövsiyələr verildi,şagirdləri maraqlandıran sualları cavablandırıldı.