«Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır» mövzusunda seminar

Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomaniya- ya qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkili məqsədi ilə 18 may 2022-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin akt zalında “Narkomaniya ilə mübarizə həftəsi” çərçivəsində «Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır» mövzusunda seminar müşavirə keçirildi.Narkomaniyaya qarşı mübarizə istiqamətində iştirakçıların fikirlərinin öyrənilməsi məqsədi ilə anket sorğu təşkil edildi."Narkomaniya ilə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr", "Narkomаniyanın erkən yaşlarda yaranma səbəbləri","Narkomaniyaya qarşı mübarizə və məsuliyyət","Narkomaniya sosial bəlaların əsasıdır"mövzularında çıxışlar dinlənildi.Seminarda məktəbin 9-cu və 10-cu sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi