Sinif təşkilat saatlarında şagirdlərə mina partlayış təhlükəsinə qarşı maarifləndirmə təlimləri keçirilir

Məktəbin mina təhlükəsizliyinə dair Tədbirlər Planına əsasən sinif təşkilat saatlarında şagirdlərə mina partlayış təhlükəsinə qarşı maarifləndirmə təlimləri keçirilir.Müzakirələr çərçivəsində düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları barədə məlumat verilir, fikir mübadiləsi aparılır. Şagirdlər tərəfindən təqdimatlar hazırlanır.