Cəfər Cabbarlı adına kitabxanaya ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Oxu günü"tədbirinin keçirilməsi ilə əlaqədar 18 aprel 2022-ci il tarixli F-147 nömrəli əmrinə əsasən 3c və 4c sinif şagirdləri Cəfər Cabbarlı adına kitabxananın qonağı oldular.Kitabxananın əməkdaşları şagirdləri zəngin kitab fondu ilə tanış edərək, mənəvi aləmin zənginləşməsində, dünyagörüşün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirdilər.Həmçinin mütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində öz tövsiyələrini verdilər.