Bakı Kitab Mərkəzinə ekskursiya
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Oxu günü"tədbirinin keçirilməsi ilə əlaqədar 18 aprel 2022-ci il tarixli F-147 nömrəli əmrinə əsasən ibtidai sinif müəllimi Könül Cəfərovanın təşkilatçılığı ilə 2a sinfinin"Baku Book Center"mərkəzinə ekskursiyası təşkil edildi. Məqsəd şagirdlərin faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdan ibarət oldu.Şagirdlər Bakı Kitab Mərkəzində azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablarla, Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları ilə tanış oldular.Oxu zalında şagirdlər müxtəlif nağıl kitabları mütaliə etdilər.