Heydər Əliyev mərkəzinə ekskursiya təşkil olundu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar məktəb şagirdlərinin Mərkəzə ekskursiyası təşkil olundu.Şagirdlər Mərkəzdə qonaq olan Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə birlikdə foyedə olan sərgi ilə tanış oldular.Bələdçilər tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verildi.Mərkəzin Muzey bölməsində ulu öndər Heydər Əliyevin büstü ziyarət edildi.