“Heydər Əliyev və Azərbaycan tarixi”

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına dair elmi-praktik konfrans keçirildi.Konfransda Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, şagirdlər və onların valideynləri iştirak etdilər.Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra şagirdlərin Azərbaycanın tarixini əks etdirən əl işlərindən ibarət rəsm rəsgisi ilə tanış oldular.Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.Konfransda giriş sözü ilə çıxış edən Təravət Muradova Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş bu konfransın şagirdlərin şəxsiyyət kimi yetişməsi və vətənpərvərlik ruhda böyüməsində əhəmiyyətindən danışaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Yasamal rayonunda fəaliyyət göstərən 23 ümumtəhsil məktəbdən 98 şagird bu layihəyə qatılmış, onlardan 13 nəfəri rayon turuna vəsiqə qazanmışlar.Rayon turuna vəsiqə qazananlardan biri də məktəbimizin 8b sinif şagirdi Sürəyya Məhərrəmzadə şəhər mərhələsində iştirak etdi.Sonda iştirakçılara Yasamal rayon İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olundu.