Qəhrəman şəhid Mahmud Cavadovun doğum günü qeyd edildi

Məktəbin qəhrəman şəhidi Mahmud Cavadovun doğum günü qeyd edildi.Tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev,Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev,Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Tural Əsgərov,Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin direktoru Aytən xanım,şəhidin ailə üzvləri,sinif yoldaşları, məktəbin qazi döyüşçüləri iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq bildirdi ki,şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Tədbir ədəbi-bədii hissə ilə davam etdi.Nur üzlü şəhidimiz Mahmud haqqında ona dərs deyən müəllimlər,sinif yoldaşları öz xatirələrini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi