"Geleneksel oyunlar"adlı layihə

e Twininq layihəsi çərçivəsində 1b sinfi "Geleneksel oyunlar"adlı layihəyə qoşulub. Layihə şagirdlərə dünyanı və ətrafındakıları kəşf etməyi,məntiq yürütməyi və seçim etməyi öyrədir.Oyun şagirdi problemlə qarşılaşdırır və onu həll etmə yollarını axtarmağa sövq edir. Bununla bərabər sıra qaydaları, analiz, sintez etmə,düşünmə bacarığını inkişaf etdirir.Nigar Paşayeva web2.0 alətlərindən istifadə edərək uşaq oyunlarının oynanılmasına rəhbərlik edir.Layihədə bizim məktəblə yanaşı 96 nömrəli məktəb, Türkiyədən anaokul və ilkokul məktəbləri iştirak edir.Mart və aprel aylarında təşkil edilən layihədə "Köşe kapmaca", "Misket" ,"Kurt baba","Körebe","Mendil kapmaca", "Yağ satarım"oyunları oynanılıb.Layihə davam edir.