"Stresə yox!"

Məktəbin psixoloqu Şəhla Nemətova şagirdlərlə "Stresə yox!" adlı psixoloji söhbət təşkil etdi.Stresin insan orqanizmində yaratdığı narahatlıq və ya gərginliyindən söhbət açdı. Stresin potensial təhlükəyə malik olduğunu bildirdi.Şagirdlərə streslə mübarizənin həlli yolları barədə tövsiyələr verdi. Müntəzəm olaraq idmanla məşğul olmağın, qorxu, həyəcan gətirən hər bir şeydən mümkün qədər uzaq olmağın, sevinməyi öyrənmək lazım olduğunu, keçmiş hadisələr haqqında çox fikirləşməməyi,yaxşı yatmaq və düzgün qidalanmağın lazım olduğunu bildirdi.