İdmançılarla görüş

Bu gün fiziki tərbiyə müəllimi Vüsalə Kərimova idmançılarla görüş təşkil etdi.Görüşdə beynəlxalq dərəcəli məşqçi Ziya Rəcəbov, şərhçi idman jurnalisti İsmayıl Abdullayev, voleybolçular Pərviz Səmədov və Vadim Kutukov iştirak etdilər.Şagirdlər adları qeyd olunan idmançıların iştirak etdiyi oyunlardan fraqmentlərə baxdılar,onları maraqlandıran suallara cavab tapdılar.İdmançıların keçdikləri həyat yolu ilə tanış oldular.Sonda idmançılar şagirdlərə öz tövsiyələrini verdilər. Məktəbin direktoru Zülfiyyə Rəsulova dəvətimizi qəbul edib gəldikləri üçün idmançı qonaqlara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi